"Ona inanmağıma səbəb evlilik təklifi etməsi oldu" - Qadınları aldatmaqda təqsirləndirilən şəxsin məhkəməsi
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq etmə) maddəsi ilə təqsirləndirilən şəxs Rəşvin Məmmədzadənin növbəti məhkəmə prosesi keçirilib.
Xeberlent.az-ın məlumatına görə, zərərçəkən qismində tanınan Ramilə İbrahimova ifadə verərək bildirib ki, Rəşvin Məmmədzadə ondan "Elantra" markalı avtomobilini dəyişmək adı ilə aparıb Sumqayıtda maşın bazarında satıb: "Mənə heç bir pul vermədi. Rəşvini internetdən tanımışam, ilk olaraq məni işə düzəldəcəyini söz verdi, hətta 1500 manatlıq qızıllarımıda aparıb satıb. Ancaq işə düzəltmədi. Valideynimin bank kartı ilə 1500 manat pul götürmüşdüm, onu qaytardı. Maşının pulundan başqa hamısını qaytarıb, 13 min mənə pul qaytarmalıdır. Ona inanmağıma səbəb mənə evlənmək təklif eləməsi oldu. Burda indi artistlik eləyir".
Təqsirləndirilən şəxs Rəşvin Məmmədzadə maşının qiymətinin 13 min yox, 7 min olduğunu dedi: "Öz yanında 6 mini notariusdan alıb özünə vermişəm. Mənim ona heç bir borcum yoxdur".
Hakim Cavid Hüseynov: "Səndə nə həvəsdir, qadınlarla internetdə tanış olub sonra aldatmaq?
Rəşvin Məmmədzadə- Mən subay adamam, ailəmdən ayrılmışam. Xoşuma gələnlərlə əylənmişəm, özünü istəyi ilə, təkid elədim gedək evə. Bürcə Aygün bilirdi adımı, o da məndən 6 aylıq hamilə qalıb. Evlərində atasının, qardaşının yanında olmuşam.
Ramilə İbrahimova- Məni öz evinə işə düzəltmək adı ilə aparıb. Adınıda Rasim demişdi.
Sonra şahid Murad Muradzadə ifadə verib: "Rəşvinə ev kirayə vermişəm. Dedi ailəmlə qalıram. Sonra dedi soyuducunu dəyiş, dəyişdim, sonra dedi kombini dəyiş, onu dəyişdim. 2022-ci ilin axırlarından 2023-cü ilin yanvar ayına kimi qalıb. Evdə əşyaları da qalmışdı, aparmırdı. Həmin əşyaları köçürdüm başqa yerə, qohumumun evinə. Sonra həmin əşyaları gəldi yaşadığı qızın atası apardı. Bircə onu dedi ki, sənəd var, onu götürməliyəm. Açarı verdim, gedib özünə aid əşyaları götürdü. Rəşvinə evi kirayə ayda 1400 manata vermişdim".
Məhkəmə prosesi şahid ifadəsinə görə 2025-ci il yanvar ayının 25-nə kimi təxirə salındı.
Qeyd edək ki, Rəsvin Məmmədzadə 3 qadın, bir kişiyə qarşı dələduzluq edib. Qadınların hamısı ilə işlə bağlı tanış olub və evlənmək təklif edərək onlara qarşı dələduzluq edib. Belə ki, zərərçəkən Aygün Əsgərovaua məxsus evi dələduzluq yolu ilə satıb ələ keçirib.